Qadın güləşçilərimiz İsveçə yollanırlar

Qadın güləşçilərimiz İsveçə yollanırlar


Martın 1-2-də İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək. Bu idman növü üzrə Azərbaycan yığma komandasının 4 üzvü bu turnirdə iştirak edəcək.
Kiyevdə Ukrayna yığma komandası ilə təlim-məşq toplanışını tamamlayan güləşçilərimiz fevralın 27-də İsveçə yola düşəcəklər.
Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə Azərbaycanı Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), Yuliya Ratkeviç (58 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edəcəklər.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edəcək.