Qılıncoynadanımız MDB Oyunlarında bürünc medal qazandı

Qılıncoynadanımız MDB Oyunlarında bürünc medal qazandı

Azərbaycan komandası III MDB Oyunlarının qılıncoynatma yarışlarında ilk medalını qazanıb. 
Olimpnews.az xəbər verir ki, Gəncə İdmana Sarayında keçirilən şpaqa yarışlarında Mirnuray Abasova yarımfinalda rusiyalı Anastasiya Zabelinaya məğlub olaraq bürünc medalla kifayətlənib. Bu, komandamızın qılıncoynatma idman növündə ilk medlalıdır. 
Xatırladaq ki, təmsilçimiz 1/4 finalda daha bir rusiyalı Anastasiya İlyuşenkaya qalib gəlmişdi.