III MDB Oyunları: Batut gimnastlarımızdan daha iki medal 

III MDB Oyunları: Batut gimnastlarımızdan daha iki medal 

Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən  batut gimnastikası üzrə yarışlar sona yaxınlaşır.  
Olimpnews.az xəbər verir ki, bu gün komandamız batut gimnastikasında daha iki medal qazanıb. Təmsilçilərimiz qadınların və kişilərin sinxron proqramında bürünc medal qazanaraq ölkəmizin medal siyahısını zənginləşdiriblər. 
Əvvəlcə Selcan Mahsudova və Şəfiqə Hümbətova qadınların sinxron proqramında fəxri kürsünün üçüncü pilləsində yer alıb. 
Kişilərin yarışında isə Maqsud Mahsudov və Hüseyn Abbasov eyni nəticəni təkrarlayaraq, bürünc medala sahib olub. 
Xatırladaq ki, bu gün Maqsud Mahsudov oğlanların fərdi yarışında qızıl, Selcan Mahsudova isə qadınların fərdi mübarizəsində bürünc medala layiq görülmüşdü.