Batut gimnastlarımız MDB Oyunlarını 6 medalla tamamladılar 

Batut gimnastlarımız MDB Oyunlarını 6 medalla tamamladılar 

Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən  batut gimnastikası üzrə yarışlara yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Azərbaycan komandası son olaraq qarışıq sinxron proqramda mübarizə aparıb. Maqsud Mahsudov və Selcan Mahsudovadan ibarət komandamız qarışıq sinxron proqramında gümüş medala layiq görülüb. 
Bununla da Azərbaycan komandası batut gimnastikası üzrə yarışları 6 (1 qızıl, 2 gümüş və 3 bürünc) medalla başa vurublar.