Martın 1-2-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 44-cü beynəlxalq Qran Pri turniri keçiriləcək. Yarışda ölkəmizi 3 qadın və 1 sərbəst güləşçi təmsil edəcək.
Məşqçi Aslan Ağayevin başçılığı altında Minskə qadın güləşçilərdən Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Nadya Sementsova (69 kq), sərbəst güləşçilərdən isə Məhəmməd Müslümov (65 kq) yarşacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.