Bu gün III MDB Oyunları çərçivəsində keçirilən cüdo yarışlarına start verilib.
Olimpnews.az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə Azərbaycan komandasının 12 cüdoçusu uğurla çıxış edərək final mərhələsinə vəsiqə qazanıb. Oğlanların yarışında Məhəmmədəli Hüsiyev (55 kq), Zeyd Ələsgərov, Röyal Qayıbov (hər ikisi 60 kq), Hüseyn Hüseynov, Fəxri Sahibzadə (hər ikisi 66 kq), Məhəmməd Ağakişiyev (81 kq), Sübhan Axundov (+90 kq) finala vəsiqə qazanıb. Qızların mübarizəsində isə Sunay Salamova (40 kq), Gülşən Hüseynova (44 kq), Könül Eyvazlı (48 kq), Nərmin Ağamirzəzadə (52 kq) və Nəzakət Vəliyeva (57 kq) qızıl medalla uğrunda tatami üzərinə çıxacaq.