Şəki şəhər stadionunda III MDB Oyunları çərçivəsində keçirilən çövkən yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün finala vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib. Yarımfinalda Qazaxıstan komandası ilə üz-üzə gələn Azərbaycan millisi 5:1 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. Komandamızın finaldakı rəqibinin adına Qırğızıstan və Özbəkistan komandalarının oyunundan sonra aydınlıq gələcək. Oyun saat 12:30-da Şəki şəhər stadionunda keçiriləcək.