Azərbaycan millisi III MDB Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışlarında növbəti medalını qazanıb.
Olimpnews.az xəbər verir ki, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət şpaqa millimiz bürünc medala yiyələnib. Komandamız yarımfinalda Özbəkistan millisinə 45:37 hesabı ilə məğlub olub və üçüncü yerlə kifayətlənib.