Bu gün III MDB Oyunları çərçivəsində keçirilən pnevmatik tapançadan və tüfəngdən atəşaçma yarışlarına start verilib.
Olimpnews.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən Oyunlara uğurla start verən dörd atıcımız final mərhələsinə vəsiqə qazanıb.
Qızların yarışında Vladislav Kalmıkov, Leyli Əliyeva və Xanna Əliyeva 10 m məsafəyə pnevmatik tapançadan atəş açma yarışında final mərhələsinə vəsiqə qazanıb. 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma yarışlarında isə Ramiz Xəlilov adını finala yazdırıb.