Çövkən millimizin MDB Oyunlarının finaldakı rəqibi müəyyənləşib 

Çövkən millimizin MDB Oyunlarının finaldakı rəqibi müəyyənləşib 

Azərbaycanın çövkən millisinin III MDB Oyunlarının final mərhələsindəki rəqibinin adına aydınlıq gəlib. Olimpnews.az xəbər verir ki, bu, Şəki şəhər stadionunda Qırğızıstan və Özbəkistan komandalarının oyunundan sonra müəyyənləşib. Yarımfinalda rəqibinə penaltilər seriyasında 2:1 hesabı ilə qalib gələn Özbəkistan komandası oktyabrın 7-də təşkil olunacaq final mərhələsində millimizə rəqib olub.