Azərbaycan komandası III MDB Oyunlarının qılıncoynatma yarışlarında daha bir medal qazanıb.
Olimpnews.az xəbər verir ki, Gəncə Osman Sarayında keçirilən sablya növündə oğlanlardan ibarət millimiz bürünc medala sahib olub.
Heyətində Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovun yer aldığı millimiz 1/4 finalda Belarus millisinə 45:40 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Lakin komandamız finala vəsiqə uğrunda qarşılaşmada Rusiya komandasına 32:45 hesabı ilə məğlub olaraq üçüncü yeri tutub.
III MDB Oyunlarında növbəti bürünc medal
