Azərbaycan cüdoçusu III MDB Oyunlarından qızıl medal qazandı 

Azərbaycan cüdoçusu III MDB Oyunlarından qızıl medal qazandı 

Azərbaycan komandası III MDB Oyunlarının cüdo yarışlarında ilk qızıl medalını qazanıb. 
Olimpnews.az xəbər verir ki, bu uğura Avropa Gənclər Olimpiya Festivalının qızıl medalçısı Gülşən Hüseynova nail olub. 44 kq çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız həlledici görüşdə rusiyalı Anastasiya Şevçuka ipponla qalib gəlib. 
Qeyd edək ki, bu gün Göygöl Olimpiya idman Kompleksində keçirilən cüdo yarışlarında komandamızın digər üzvlərindən Sunay Salamova (-40 kq), Məhəmmədəli Hüsüyev (-55 kq) gümüş, Xədicə Abdullayeva -44 kq), Anar Quliyev (-50 kq), İbrahim Talıbov (-55 kq), Fidan Cəlilli (-70 kq) və Zemfira Əliyeva (+70 kq) isə bürünc medal qazanıblar.