III MDB Oyunları: Azərbaycan komandası mövqeyini qoruyur

III MDB Oyunları: Azərbaycan komandası mövqeyini qoruyur

III MDB Oyunlarında doqquzuncu yarış gününə yekun vurulub. 

Azərbaycan komandası 9 gündən sonra 139 (23 qızıl, 44 gümüş, 72 bürünc) medalla ikinci pillədə qərarlaşıb.

Medal sıralamasına isə aktivində 89 qızıl, 40 gümüş, 28 bürünc medal olan Rusiya komandası başçılıq edir. Belarus isə 84 (20 qızıl, 23 gümüş, 41 bürünc) medalla üçüncü pillədə qərarlaşıb.

Ümumilikdə isə Oyunlarda iştirak edən 13 komandadan 9-u mükafat qazanmağa müvəffəq olub. Cəmi 6 ölkə isə Oyunlarda qızıl medal qazanıb.