Bu gün III MDB Oyunlarında 10-cu yarış gününə start veriləcək.
Olimpnews.az xəbər verir ki, Oyunların 10-cu günündə idmançılar 10 idman növü üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Gəncədə Azərbaycanın voleybol millisi yarımfinalda Belarusla, 3x3 növü üzrə basketbol yığması isə A qrupunda Özbəkistanla üz-üzə gələcək. Yevlaxda boks, Qəbələdə badminton, Xankəndidə kamandan oxatma, Gəncədə qılıncoynatma və güllə atıcılığı, Mingəçevirdə kanoe və avarçəkmə yarışlarının finalları keçiriləcək. Göygöldə isə cüdo üzrə qarışıq komanda yarışları təşkil olunacaq.
III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.