Avarçəkənimiz III MDB Oyunlarında bürünc medal qazandı

Avarçəkənimiz III MDB Oyunlarında bürünc medal qazandı

Bu gün III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarına start verilib.

Olimpnews.az xəbər verir ki, Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda avarçəkmə üzrə komandamız ilk medalını qazanıb. Günün ilk yarışında Amil Ramazanov birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala yiyələnib.