Badmintonçularımız III MDB Oyunlarını 7 medalla başa vurdular

Badmintonçularımız III MDB Oyunlarını 7 medalla başa vurdular

III MDB Oyunları çərçivəsində keçirilən badminton yarışları sona yaxınlaşır.

Olimpnews.az xəbər verir ki, bu gün komandamızın daha bir üzvü - Leyla Camalzadə mükafatçılar sırasında yer alıb. Təmsilçimiz həlledici qarşılaşmada rusiyalı Marina Tarasovaya məğlub olaraq (2:0) gümüş medala sahib çıxıb. Bununla da Azərbaycan badmintonçuları III MDB Oyunlarını 7 (1 gümüş, 6 bürünc) medalla başa vurublar.

Qeyd edək ki, badminton yarışları bu gün başa çatacaq.