III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, yarışların ilk günündə Azərbaycan komandası daha bir medal qazanıb. Komandamızın heyətində ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançıların yarışında İvan Vorobjanski-Hüseyn Həsənov cütlüyü fərqlənib. Təmsilçilərimiz final yürüşündə bürünc medala sahib olub.