Bu gün III MDB Oyunları çərçivəsində keçirilən cüdo üzrə qarışıq qoşa yarışlarına start verilib.
Olimpnews.az xəbər verir ki, beş komandanın iştirak etdiyi yarışda Azərbaycan komandası finalda vəsiqə qazanıb. Millimiz yarımfinalda Tacikistan seçməsinə 7:3 hesabı ilə qalib gəlib. Komandamızın qızıl medal uğrunda həlledici görüşdəki rəqibi Özbəkistan millisi olacaq.
III MDB Oyunları: Cüdo millimiz qızıl medalın bir addımlığında
