III MDB Oyunları çərçivəsində keçirilən kamandan oxatma üzrə yarışlara yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Xankəndi stadionunda keçirilən yarışların son gündə Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Fatimə Hüseynlidən ibarət komandamız bürünc medal uğrunda görüşdə mübarizə aparıb. Belarus millisi ilə qarşılaşan komandamız rəqibinə 6:2 hesabı ilə məğlub olaraq mükafatçılar sırasından kənar qalıb. Komandamız yarışı dördüncü pillədə başa vurub.
Oğlanlardan ibarət komandaların yarışında birinci yeri Rusiya, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə Özbəkistan komandası tutub. Qızlardan ibarət komandalar arasında birinci yeri Rusiya, ikinci yeri Özbəkistan, üçüncü yeri isə Belarus komandası qazanıb. Qarışıq komandaların mübarizəsində isə Belarus birinci, Qazaxıstan ikinci, Rusiya isə üçüncü yerə layiq görülüb.
Fərdi yarışlarda oğlanlar arasında Özbəkistan idmançısı qalib gəlib, Rusiya təmsilçiləri isə ikinci və üçüncü yerləri bölüşüblər. Qızların fərdi yarışlarında birinci yeri Qazaxıstan, ikinci və üçüncü yerləri isə Rusiya oxatanları tutublar.
Medalların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli də iştirak edib. O, qalibləri təbrik edərək onlara medal və hədiyyələr təqdim edib.