Basketbol millimiz MDB Oyunlarında ilk qələbəsini qazandı

Basketbol millimiz MDB Oyunlarında ilk qələbəsini qazandı

III MDB Oyunları çərçivəsində keçirilən 3x3 basketbol yarışlarına start verilib. 

Olimpnews.az xəbər verir ki, Gəncədə təşkil olunan yarışda Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi A qrupunun ilk görüşündə Özbəkistana 16:13 hesabı ilə məğlub olub. Komandamız növbəti oyununu Qazaxıstan seçməsinə qarşı keçirib. Komandamız oyunu 20:5 hesablı qələbə ilə başa vurub.