Azərbaycan boksçusu III MDB Oyunlarında qızıl medal qazandı 

Azərbaycan boksçusu III MDB Oyunlarında qızıl medal qazandı 

III MDB Oyunları çərçivəsində oğlan boksçular arasında final görüşləri davam edir.

Olimpnews.az xəbər verir ki, Yevlax Olimpiya Kompleksində keçirilən yarışda Azərbaycan komandası oğlanlar arasında ilk qızıl medalını qazanıb. Komandamızın heyətində Qardaş Rəhimov 46 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təmsilçimiz həlledici görüşdə özbəkistanlı Utkirbek Norkosimova qalib gəlib.