Sablyaçımız III MDB Oyunlarında bürünc medal qazandı

Sablyaçımız III MDB Oyunlarında bürünc medal qazandı

Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışları davam edir.

Olimpnews.az xəbər verir ki, Azərbaycan təmsilçisi qılıncoynatma yarışlarının dördüncü günündə daha bir medal qazanıb. Sablya növündə mübarizə aparan komandamızın üzvü Valentina Zeynalova yarımfinalda Rusiya idmançısı Malena Kunaşevaya 15:5 hesabı ilə məğlub olaraq bürünc medala sahib çıxıb.