Azərbaycan idmançısı Amil Ramazanov III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarının birinci günündə ikinci medalını qazanıb.
Olimpnews.az xəbər verir ki, günün birinci yarısında birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olan idmançımız 200 metrdə də eyni nəticəni təkrarlayıb. Beləliklə, avarçəkənlərimizin qazandığı medalların sayı 4-ə çatıb.