III MDB Oyunları çərçivəsində oğlan boksçular arasında final görüşləri davam edir.
Olimpnews.az xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində keçirilən final mərhələsində daha iki boksçumuz qızıl medala layiq görülüb. Təmsilçilərimizdən Əli Abaslı (52 kq) qazaxıstanlı Ediqe Nurqoja üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb. Digər qızıl medalı isə komandamızın aktivinə Şahin Aslanov (60 kq) yazdırıb. O, həlledici görüşdə Özbəkistan boksçusu Otabek Nurmahamadovdan güclü olub.
Xatırladaq ki, daha əvvəl Qardaş Rəhimov (46 kq) və Əli Əliyev (48 kq) komandamıza qızıl medal qazandırıblar.