III MDB Oyunları çərçivəsində keçirilən cüdo yarışlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, cüdo yarışlarının sonuncu günündə qarışıq komanda yarışları keçirilib. 5 komandanın iştirak etdiyi yarışın qalibi adını Azərbaycan millisi qazanıb. Yarımfinalda Tacikistan komandasına 7:3 hesabı ilə qalib gələn cüdo millimiz həlledici qarşılaşmada Özbəkistan seçməsini 7:4 hesabı ilə məğlub edib. Bununla da komandamız III MDB Oyunlarının qarışıq komanda yarışlarını qızıl medalla başa vurub.
Qeyd edək ki, ötən gün keçirilən fərdi yarışlarda cüdoçularımız 5 qızıl, 7 gümüş və 9 bürünc medal qazanmışdılar.