Macarıstanın Szombatxel şəhərində böyüklər arasında yunan-Roma güləşi üzrə "Qızıl Qran-pri” Beynəlxalq turniri keçirilib.
Turnirdə yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvü mübarizə aparıb. Güləşçilərimizdən turnirin ikinci günündə mübarizəyə qoşulan Rafiq Hüseynov (80 kq) bürünc medal qazanıb.
Turnirin ilk günündə yarışan Taleh Məmmədov (66 kq) və Sabah Şəriəti (130 kq) medal qazana bilməsələr də, ilk onluqda yer alıblar.