İspaniyanın tennis əfsanəsi, Madrid "Real"ının azarkeşi olan Rafael Nadal fransalı hücumçu Kilian Mbappenin klub üçün əhəmiyyətindən danışıb. "Kilian ilə müqavilə bağlayanda biz yüksək səviyyəli oyunçuya sahib olduğumuza əmin idik. Onun bu mövsüm çıxışı təsdiqlədi ki, "Real" öz nəslinin ən güclü oyunçularından biri ilə yola çıxıb. Əminəm ki, möhtəşəm komandamızın bir hissəsi olaraq o, "dünyanın ən yaxşısı" adı uğrunda mübarizə aparacaq. Onun belə zirvələrə çatmasını görmək mənim üçün böyük sevincdir", - deyə Nadal Diarro nəşrinin jurnalistlərinə verdiyi müsahibədə vurğulayıb.
""Real" öz nəslinin ən güclü oyunçularından biri ilə yola çıxıb"
