III MDB Oyunları: Azərbaycan yenidən ikinci pilləyə yüksəldi - MEDAL SİYAHISI

III MDB Oyunları: Azərbaycan yenidən ikinci pilləyə yüksəldi - MEDAL SİYAHISI

III MDB Oyunları çərçivəsində keçirilən 13-сü yarış gününə yekun vurulub. 

Olimpnews.az xəbər verir ki, Azərbaycan idmançıları günü 4 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurub. Komandaız bu nəticə ilə bir günlük fasilədən sonra yenidən ikinci pilləni Belarusdan təhfil alıb. Hazırda komandamızın aktivində 33 qızıl, 53 gümüş və 92 bürünc medal var. Liderliyini davam etdirən Rusiya isə bu günə qədər 225 (124 qızıl, 61 gümüş və 40 bürünc) medal qazanıb. Üçüncü pilləni isə 32 qızıl, 35 gümüş və 52 bürünc medalla Belarus millisi tamamlayır. Bu günə qədər 13 ölkədən 10-u mükafatçılar sırasında yer alıb. Cəmi 7 ölkə isə qızıl medal sevinci yaşayıb. 

Qeyd edək ki, III MDB Oyunlarına sahab yekun vurulacaq. Oyunların bağlanış mərasimi sabah saat 19:00-da Gəncə şəhər stadionunda başlayacaq.