Paralimpiyaçılarımız VI Fəzza turnirindən 10 medalla dönüblər

Paralimpiyaçılarımız VI Fəzza turnirindən 10 medalla dönüblər

Atletika üzrə paralimpiya komandamız Dubayda keçirilən VI Fəzza beynəlxalq turnirində iştirak edib.
Yarışda 200 metr məsafəyə qaçışda Elçin Muradov, lövhəatma yarışlarında Oloxan Musayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İdmanın lövhəatma növündə Solmaz Səfərova, nüvəitələmə yarışlarında Rüfət Rəfiyev və Elvin Astanov, 400 metr məsafəyə qaçışda Elçin Muradov, nizəatmada E.Astanov gümüş medal qazanıblar. Samir Nəbiyev nüvəitələmə və lövhəatma, Mənzərə Əhmədova isə nizəatma üzrə bürünc medala layiq görülüblər.