"Qaya"nın yeni filmi uğursuz olub

"Qaya"nın yeni filmi uğursuz olub

Aktyor və restlinqçi Dueyn ("Qaya") Consonun baş rolda oynadığı "Dağıdıcı maşınlar" filmi Şimali Amerikadakı primyerasında 6 milyon dollar gəlir gətirib. Bu aktyorun karyerasının ən pis başlanğıc olub.
Rejissor Benni Safdinin filmi oktyabrın 3-də kinoteatrda nümayiş olunub və kassada üçüncü yeri tutub. Filmin nümayişindən əvvəl analitiklər onun 8-15 milyon dollar gəlir əldə edəcəyini proqnozlaşdırırdılar. Consonun əvvəlki rekordu ilk həftəsonunda 8,5 milyon dollar qazanan "Faster" (2010) trilleri olub.
Məlumat üçün bildirək ki, "Dağıdıcı maşınlar" pis vərdişlərə asılılıqdan sonra idmana qayıtmağa çalışan MMA döyüşçüsü Mark Kerrin həyatından bəhs edir. Filmin prodüseri layihəyə marketinq xaric təxminən 50 milyon dollar xərcləyib.