Azərbaycan III MDB Oyunlarını ikinci pillədə başa vurub

Azərbaycan III MDB Oyunlarını ikinci pillədə başa vurub

Azərbaycanda keçirilən III MDB Oyunlarına yekun vurulub. 
Olimpnews.az xəbər verir ki, Azərbaycan komandası Oyunları 184 medalla başa vurub. Medallardan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürüncdür. 
Komandamız bu nəticə ilə Oyunları ikinci pillədə başa vurub. 
Oyunların qalibi 231 (130 qızıl, 61 gümüş, 40 bürünc) medalla Rusiya komandası olub. Belarus millisi isə 122 (32 qızıl, 38 gümüş, 52 bürünc) medalla üçüncü yeri tutub.