“Judo Club 2012”nin cüdoçuları beynəlxalq arenada növbəti dəfə uğurları ilə diqqət çəkiblər.
Belə ki, ötən gün Qazaxıstanın Aktau şəhərində start götürən Açıq Asiya Turnirinin ilk yarış günündə klubun iki idmançısı mükafatçılar sırasında yer alıb. Klubun istedadlı idmançılarından olan Hüseyn Allahyarov (-60 kq) gümüş, İbrahim Əliyev (-73 kq) isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, 10 ölkədən 251 (159 kişi, 92 qadın) cüdoçunun iştirak etdiyi yarışın ilk günündə Azərbaycan komandası 2 dəst medal qazanıb.
"Judo Club 2012"nin növbəti uğuru


