Perunun paytaxtı Limada keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, 48 ölkədən 284 (165 kişi, 119 qadın) cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan millisi 16 (13 kişi, 3 qadın) idmançı ilə təmsil olunub. Üç gün davam edən yarışda komandamız 2 gümüş, 5 bürünc medal qazanıb. Komandamıza gümüş medalları Yusif Əhmədov (-60 kq) və Murad Fətiyev (-90 kq) qazandırıb. Könül Əliyeva (-48 kq), Ruslan Paşayev (-66 kq), Rəşad Yelkiyev (-66kq), Ömər Rəcəbli (-81 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medallara sahib çıxıb. Olimpiya çempionumuz Zelim Kotsoyev (-100 kq), Xədicə Qədəşova (-52 kq) beşinci yerlə kifayətlənib.