Murad Fətiyev Qran-Pri turnirində gümüş medal qazandı

Murad Fətiyev Qran-Pri turnirində gümüş medal qazandı

Perunun paytaxtı Limada keçirilən cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub.

Olimpnews.az xəbər verir ki, yarışların son günündə milli komandamızın heyətində yer alan "Judo Club 2012"nin üzvü Murad Fətiyev mükafatçılar sırasında yer alıb. -90 kq çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız gümüş medalasahib olub.Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Brazilya, Serbiya və İtalya təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həllediciqarşılaşmada braziliyalı Rafael Maçedoya məğlub olan cüdoçumuz gümüş medala yiyələnib.

Qeyd edək ki,Azərabycan milli komandası Qran-Pri turnirini2 gümüş və 5 bürünc medalla başa vurub.