Şağanda şahmat və tennis yarışları keçirilib

Şağanda şahmat və tennis yarışları keçirilib

Martın 1-də Şağan Olimpiya İdman Kompleksində kişilər arasında şahmat üzrə rayon turniri keçirilib. xəzər rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə keçirilən və "Bədən tərbiyəsi və idman günü”nə həsr olunan yarışda ümumilikdə 24 şahmatçı öz qüvvəsini sınayıb.Turnirdə Anton Durnev I, Əli Qarayev II , Mehman Cəfərov III yerə layiq görülüb.

Martın 2-də isə stolüstü tennis üzrə kişilər arasında rayon kuboku keçirilib.183 No-li tam orta məktəbin idman bazasında olan turnirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək idmançılara uğurlar arzulayıb. Qeyd edək ki, yarışda ümumilikdə 30 tennisçi yarışıb. Araz Müseyibov I yeri tutub, Vüqar Hüseynov II, Tahir Quliyev isə III pillədə qərarlaşıb.