Sağlam həyat tərzi təbliğ olunur

Sağlam həyat tərzi təbliğ olunur


Ölkəmizdə "Yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliği” adlı layihə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliğidir. Təşkil edilən təlimlər zamanı asudə vaxtın səmərəli təşkili barədə gənclərə məlumatlar verilir, uşaqlar qruplara bölünərək, məşqlərə cəlb olunurlar. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi onların sağlam həyata inteqrasiya etmələri üçün şərait yaradır. Layihənin yekununda yeniyetmələr və gənclər arasında baş verən dəyişiklikləri qiymətləndirmək üçün sorğular keçiriləcək.