Astarada həndbol yarışı keçirilib

Astarada həndbol yarışı keçirilib

Astara şəhər 3 nömrəli tam orta məktəbində yeniyetmələrin IX respublika oyunlarına hazırlıq məqsədi ilə 1999-2000-ci illər təvəllüdlü yeniyetmə oğlanlar arasında həndbol üzrə rayon birinciliyi keçirilib.
Dairəvi sistem üzrə keçirilən və iki gün davam edən birincilikdə 4 məktəb komandası qalib adı uğrunda mübarizə aparıb.
İdman yarışında Səncərədi kənd və Astara şəhər 3 nömrəli tam orta məktəblərinin komandaları, müvafiq olaraq, birinci və ikinci yerləri tutublar.
Qaliblərə medal və diplom təqdim edilib. Rayon birinciliyində birinci yeri tutan Səncərədi kənd tam orta məktəbinin komandası martın 17-22-də Astara Olimpiya İdman Kompleksində keçiriləcək respublika zona birinciliyində mübarizə aparacaq.