Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Magistr Dissertasiya İşlərinin Mövzuları” adlı yeni metodik vəsaiti işıq üzü görüb (II hissə).
Metodik vəsaitə 1999/2025-ci tədris illərində magistratura təhsil səviyyəsində 060802 – “Bədən tərbiyəsi və idman” ixtisasının tədrisi Azərbaycan və rus dillərində aparılan “Fiziki tərbiyə nəzəriyyəsi və metodikası”, “İdman məşqinin nəzəriyyəsi və metodikası”, “Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat”, tədrisi ingilis dilində aparılan “İdman tibbi və reabilitasiya” ixtisaslaşmaları, 060204 – “Jurnalistika” ixtisasının tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” ixtisaslaşması, 060407 – “Menecment” ixtisasının tədrisi ingilis dilində aparılan “İdman menecmenti” ixtisaslaşması və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) ilə ikili diplom proqramı çərçivəsində tədrisi rus dilində aparılan "İdman menecmenti" sahələri üzrə müdafiə edilmiş dissertasiya işlərinin mövzularının adları, şöbəsi, müəllif işarəsi, ili, müəllifin və elmi rəhbərin adı və soyadı daxil edilmişdir.
Metodik vəsait Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan İdman Akademiyasının professor-müəllim heyəti, doktorant və dissertantlar, bakalavr, magistr dərəcəsi üzrə təhsil alan tələbələr, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Dissertasiya üzrə elmi işlər illər üzrə üç bölmədə (Azərbaycan, rus və ingilis dillərində) verilib
Tədqiqatçı alimin yeni metodik vəsaiti işıq üzü görüb
