"Milan"ın müdafiəçisi Aleks Ximenes xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin komanda yoldaşlarına verdiyi hədiyyələrdən danışıb. "Soyunub-geyinmə otağına girəndə hər kəsin yerində yeni bir "iPhone" var idi. Bunlar Modriçin komandadakı bütün oyunçulara verdiyi hədiyyələr idi. Onun böyük ürəyi var", - futbolçu jurnalist Xorxe Rubioya verdiyi müsahibədə deyib.
Qeyd edək ki, 40 yaşlı yarımmüdafiəçi "Rossoneri"yə Madrid "Real"ından pulsuz transferlə qoşulub. Luka milanlılarla bir illik müqavilə imzalayıb.
Modriç komanda yoldaşlarına telefon hədiyyə edib


