Romada Beynəlxalq Güləş Federasiyası (FİLA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda ölkəmizi Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev təmsil edib. Tədbirdə qarşıdan gələn mötəbər yarışlara - Dünya kubokuna, Avropa və dünya çempionatlarına hazırlıq, güləş qaydalarındakı son dəyişikliklər, güləşin populyarlığının daha da artırılması, bu idman növünün əhatə dairəsinin genişləndirilməsi və digər məsələlər müzakirə edilib.
Xatırladaq ki, Namiq Əliyev 2010-cu ildən FİLA İcraiyyə Komitəsinin üzvüdür.