"İmişli"dən böyükhesablı qələbə 

"İmişli"dən böyükhesablı qələbə 

Futbol üzrə Misli Premyer Liqasının IX turun daha bir oyunu keçirilib. 
Olimpnews.az xəbər verir ki, günün ikinci oyununda "Kəpəz" klubu Qəbələ şəhər stadionunda "İmişli"ni qəbul edib. Oyun "İmişli" klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Matçda hesab 45+3-cü dəqiqədə Luis Silvestrin qolu ilə açılıb. Qarşılaşmanın 60-cı dəqiqəsində Dioqo Almeyda fərqi iki topa çatdırıb. Matçda yekun hesabı isə 83-cü dəqiqədə fərqlənən Rafael Vieqaş qoyub. Beləliklə, "İmişli" klubu qələbə sayəsində xallarının sayını 12-yə çatdıraraq turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. 3 xalı olan "Kəpəz" isə sonuncu - 12-cidir.