İspaniyalı tennisçi Parisə fərqli tərzdə yollanacaq

İspaniyalı tennisçi Parisə fərqli tərzdə yollanacaq

Altıqat Böyük Dəbilqə çempionu, dünya reytinqində 1-ci yerdə olan ispaniyalı tennisçi Karlos Alkaraz növbəti dəfə imicini dəyişib.

Olimpnews.az xəbər verir ki, Paris Masters turnirinin başlamazdan əvvəl Alkaraz sarı saçlarını nəzərəçarpacaq dərəcədə ağ rəngə boyayıb. Azarkeşlərin fikrincə, SA rəngi qara qaşları ilə daha yaxşı ziddiyyət təşkil edir.
Qeyd edək ki, Paris Masters turniri 27 oktyabr - 2 noyabr tarixlərində keçiriləcək.