"Leypsiq"in hücumçusu Timo Verner yanvar ayında klubdan ayrıla bilər.
Olimpnews.az xəbər verir ki, 29 yaşlı futbolçu bu mövsümün əvvəlində transfer üçün nəzərdən keçirilsə də, razılaşma baş tutmayıb. Hazırda hücumçu bütün mövsüm ərzində cəmi bir dəqiqə oynayıb. Jurnalist Florian Plettenberqin verdiyi məlumata görə, MLS klubları onunla yaxından maraqlanır.
Qeyd edək ki, almaniyalı futbolçu vətəninə qayıtmazdan əvvəl Londonun "Tottenhem" və "Çelsi" klublarında oynayıb. "Transfermarkt" onun hazırkı dəyərini 5 milyon avro olaraq qiymətləndirir ki, bu, karyerasının zirvəsindəki dəyərindən 16 dəfə azdır.
Almaniyalı futbolçunun qiyməti 16 dəfə azalıb


