May ayının 18-25-də Bakıda qol güləşi üzrə XXIV Avropa çempionatı keçiriləcək. Çempionata hazırlıqla tanış olmaq üçün Avropa Qol Güləşi Federasiyasının prezidenti Assen Hacıtodorov mart ayının 5-də ölkəmizdə səfərdə olub. O, gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşüb. Görüşlərdə Avropa çempionatına hazırlıq məsələsi müzakirə edilib. Qonaq çempionatın keçiriləcəyi Sərhədçi Olimpiya İdman Kompleksinə baş çəkib. Həmçinin, idmançıların yerləşdirilməsi üçün hotellərin şəraiti ilə yaxından maraqlanıb. Beynəlxalq qurumun prezidenti qitə miqyaslı turnirin birbaşa yayımının həvalə edildiyi «İdman Azərbaycan» kanalında da olub.
Qeyd edək ki, Qol güləşi üzrə XXIV Avropa çempionatında 33 ölkənin 700 idmançısı iştirak edəcək.