Dünya tennisinin ispaniyalı əfsanəsi Rafael Nadal 5 və 6 noyabr tarixlərində Mayaminin "Caseya" Mərkəzində keçiriləcək Amerika Biznes Forumunda (ABF) iştirak edəcək.
Olimpnews.az xəbər verir ki, bu barədə forumun rəsmi saytında məlumat verilib.
Məlumatda qeyd olunur ki, tədbirin proqramına mədəniyyət, biznes və idman sahələrində nüfuzlu şəxslərin çıxışları daxildir. Nadaldan əlavə, dəvət olunmuş məşhurlar arasında ABŞ prezidenti Donald Tramp, futbolçu Lionel Messi, aktyor Uill Smit və Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino da var.
İdman əfsanələri də Biznes Forumda işirak edəcəklər


