İniesta Yamalın açıqlamasına münasibət bildirib 

İniesta Yamalın açıqlamasına münasibət bildirib 

İspaniyanın "Barselona" klubunun keçmiş futbolçusu Andres İniesta sabah keçiriləcək "El-Klasiko" və klubun futbolçusu Lamin Yamal haqqında sualları cavablandırıb. 
Əfsanəvi futbolçu Lamin Yamalın Madrid Realı ilə oyundan əvvəl "Kral klubu"nun əleyhinə fikirlər səsləndirməsinə də münasibət bildirib. "Mən tövsiyə verməyi sevmirəm. Meydandan kənarda onun da, elə hamımız kimi, öz şəxsi həyatı var. Əgər mən orada olsaydım, bəlkə daha fərqli danışardım, amma bu vəziyyətdə klub nəyinsə düzgün olmadığını düşünürsə, bunu öz daxilində həll edəcək. Düşünürəm ki, hörməti qoruyub saxlamaq lazımdır. Şənliklər və ya provokasiyalar məsələsinə gəlincə, bu hər kəsin baxış bucağına görə fərqlidir. Bəziləri bunu oyundan əvvəl atmosferi alovlandırmaq kimi görür, bəziləri isə xoşlamır. Mənim üçün vacib olan 90 dəqiqədir, çünki məhz orada 3 xalı kimin qazanacağı müəyyənləşir”, - deyə Anders İniesta bildirib. 
Qeyd edək ki, Lamin Yamal ötən gecə bir proqramda ""Real" oğurlayır, sonra şikayətlənir" - onların işi budur” fikirlərini səsləndirib.