"Qarabağ" doğma meydanda xal itirdi

"Qarabağ" doğma meydanda xal itirdi

Futbol üzrə Misli Premyer Liqasının IX turun oyunlarına yekun vurulub. 

Olimpnews.az xəbər verir ki, turun son oyununda "Qarabağ" klubu "Azərsun Arena"da "Şamaxı"nı sınağa çəkib. Tərəflərin cəhdlərinə baxmayaraq matçda hesba açılmayıb. Beləliklə, Qurban Qurbanovun komandası doğma meydanda növbəti dəfə xal itkisi ilə üzləşib. Hazırda "Qarabağ" klubu 17 xalla ikinci, aktivində 10 xalı olan "Şamaxı" isə 9-cudur. 

Tirnir cədvəlinə isə aktivində 18 xalı olan "Turan Tovuz" komandası başçılıq edir.