Futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, "Qalatasaray" klubu doğma meydanda "Göztəpə"ni qəbul edib.
Oyun "sarı-qırmızılılar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 6-cı dəqiqədə Efkan Bekiroğlu açsa da 19-cu dəqiqədə Viktor Osimhenin qolu ilə "Qalatasaray" hesabı bərabərləşdirib. 63-cü dəqiqədə Qabriel Sara "aslanlar"ı hesabda irəli çıxarıb. Matçda son nöqtəni isə 66-cə dəqiqədə Maurio İkardi qoyub.
"Qalatasaray" klubu qələbə sayəsində xallarının sayını 28-ə çatdıraraq birinci pillədəki mövqeyini bir qədər də möhkəmləndirib. "Göztəpə" isə 16 xalla 6-cıdır.


