"Beşiktaş" klubu Türkiyə Super Liqasının 10-cu turunda xal itkisi ilə üzləşib.
Olimpnews.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan stadionunda keçirilən oyunda "Kasımpaşa" ilə qarşılaşan "qara qartallar" meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıblar. "Ağ-qaralar" matçın 5-ci dəqiqəsində Cengiz Öndərin qolu ilə hesabı açıblar. Matçın 33-cü dəqiqəsində isə "Kasımpaşa" klubu Kladio Vinkin qolu hesabı bərabərləşdirib. Ardıcıl üç qarşılaşmanın ikisində xal itirən "Beşiktaş" klubu hazırda 17 xalla 4-cü pillədə yer alıb. "Kasımpaşa" klubu isə 10 xalla 12-cidir.
"Beşiktaş" gələn tur doğma meydanda "Fənərbağça"nı qonaq edəcək. "Kasımpaşa" klubu isə səfərdə "Kayserispor"la qarşılaşacaq.
"Qara qartallar" yenə xal itkisi ilə üzləşdi


