"Şəhərlilər" Quardiolanın yerinə namizəd tapıb

"Şəhərlilər" Quardiolanın yerinə namizəd tapıb

"Mançester Siti" Xosep Quardiolanın fəaliyyətində narazıdır. 
Olimpnews.az xəbər verir ki, müqaviləsi 2027-ci ilin yayına qədər olan ispaniyalı baş məşqçinin özü də İngiltərədən ayrılmağı düşünür. "TEAMtalk"ın məlumatına görə, "şəhərlilər"in rəhbərliyi Vinsent Kompanini Quardiolanın potensial varisi hesab edir. 
Qeyd edək ki, belçikalı baş məşqçi bu yaxınlarda Münhen "Bayern"ilə 2029-cu ilə qədər yeni müqavilə imzalayıb.